Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

Şərif Ağayar. Bu AYO nəmənədir axı?


Azərbaycan ədəbiyyatı həmişə mənə mürgüləməkdə olan hiyləgər bir qocanı xatırladıb.

Bu qoca oyanan kimi cibinə yığdığı kişmişdən bir-iki dənə verərək cavan uşaqların başını freydist ehtirasla çırtmalayıb.

Kişmiş istəməyənlər çırtma əvəzinə yumruq yeyiblər...

Və, allah məni öldürsün, ağzından kəsafət qoxusu gələn, burnu tüklü bu qocaya güc çatmır ki, çatmır!

Halbuki ədəbiyyat nəfəsi bahar qoxuyan gəncliklə gəlir...

AYO 2000-lərin əvvəlindən başlayaraq o yaz havasını duyurdu ədəbiyyatımızda.

Bir çalaya yığılaraq iylənməkdə olan gölməçənin dibinə çökmüş lilə çubuq soxdu, aləm biri-birinə dəydi.

Geniş kütlə anlamasa da, bu gün ədəbi düşərgəsindən asılı olmayaraq bütün gənc yazarlar başa düşdülər ki, qurdlamış gölməçədə balıq axtarmazlar. Burda olsa-olsa çömçəquyruq olar!

Son vaxtlar AYO-nun üstünə baltalı-baltasız yüyürən gəncləri görəndə, etiraf edim ki, bir az tədirgin oldum.

O saat boğazımı arıtlayıb öskürdüm, müdrik poza aldım və şərq nasehliyim tutdu.

Əfəndilər, insaf hissini bu qədər itirməklə uğurlu bir sətir, hədəfə dəyən bir cümlə belə yazmaq olmaz.

Biz Azərbaycan ədəbiyyatına nə arzulayırıq?

Sənətin bütün sahələrində yeni qurumlar, ictimai təşkilatların biri-birinin ardınca yarandığı, böyük layihələr həyata keçirdiyi, Qərbdə-Şərqdə uğur qazandığı zamanda ədəəbiyyat kimi ciddi bir yaradıcılıq sahəsində, söz sənətində alternativ fikir olmasınmı?

Fərqli düşünmək düşmənçilik üçün əsas verirmi? Bu nə despot yanaşmadır? 30-cu illər kimi axmaq bir dövrdə Üzeyir Hacıbəyovu yetirən bu bədbəxt məmləkətə nə arzulayırıq?

Siz anlayırsınızmı ki, müstəqilliyinin 20-ci ilini yaşamaqda olan bir ölkədə yeni düşüncənin, fərqli fikrin, avaragor bir imperiyanın yaşamaqda olan bəzi dəyərsizliklərini qəbul etməyən hər hansı bir qurumun, təşkilatın olmaması nə deməkdir?

Necə ola bilər ki, SSRİ boyda insan ferması yıxılsın, qələm adamlarının fikir və xəyalatında təsir buraxmasın, həmin zamanları mədh edən əsərlərin üzərinə zərrəcə kölgə düşməsin?!

AYO-dan getmək də olar, Rasim Qaracanı sevməmək də! Ancaq kiminsə haqqını danmaq, gördüyü işlərə göz yummaq, çəkdiyi zəhmətlərə sırt çevirmək ədəbiyyat adamı üçün bağışlanmazdır.

Siz doğrudanmı ədəbi mühitin bugünkü canlanmasında birbaşa və dolayısı ilə AYO-nun xidmətləri olduğunu bilmirsiniz?

AYO Azərbaycan gəncliyini əhəmiyyətli fakta çevirdi, üstünə işıq tutdu, onunla hesablaşmağın qaçılmaz olduğunu sübut etdi və gəncliyə öz tarixi missiyasını başa saldı.

AYO Azərbaycan ədəbiyyatının üfüqlərində günəş kimi doğdu, ağzı kəsafət qoxuyan həmin mürgülü qocanın gözlərini qamaşdırsa da gənclərin sümüyünü isitdi, buzunu açdı, yollarını işıqlandırdı.

AYO ədəbiyyatın 20-30 il əvvəldə olduğu kimi, kolxoz məntiqi ilə idarə olunan bir təsərrüfat olmadığını hamıya başa saldı.

AYO Azərbaycanın azadlıq hərəkatının gətirdiyi dalğanı ədəbiyyata yansıtdı.

İnanın, yurdumuza bahar gəlir...

Qafqazinfo.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG