Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

«Gəncə» təlim-məşq oyunlarına gedir


«Gəncə» futbol klubu təlim-məşq toplanışına qatılmaq məqsədilə Gürcüstana yola düşüb.

Bu haqda «Gəncə» Peşəkar Futbol Klubunun mətbuat klubundan məlumat verilib.

10 gün davam edəcək toplanış çərçivəsində «Gəncə» yerli Gürcüstan klublarından - Kutaisinin «Torpedo», Potinin «Kaxeti», Zuqdidi şəhərinin eyniadlı komandası və Tsxenvalinin «Spartak»ı ilə qarşılaşacaq.

Görüşlərdə klubun baxışa dəvət etdiyi futbolçuların hazırlıq səviyyəsi müşahidə ediləcək və onların «Gəncə»nin əsas heyətinə düşüb-düşməyəcəyi haqda qərar veriləcək.
XS
SM
MD
LG