Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Kərbəladakı partlayışda ölənlərin sayı artır


İraqın Kərbəla şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, içində partlayıcı olan maşın şiələrin olduğu avtobus dayanacağında partlaması nəticəsində 12 zəvvar ölub, 10-dan çox adam yaralanıb.

120 min polis və əsgərin şiələrin Məhərrəm ayının 40-cı günü ilə bağlı keçirdiyi mərasimi mühafizə edirmiş. 2003-cü ildən - Səddam Hüseynin devrildiyi vaxtdan bəri İslamçıların sünni qanadı Əl-Qaidə və digər hərbçilər şiələrin Məhərrəmlik mərasimini vaxtaşırı hədəfə alırlar.

İraq polisinin verdiyi məlumata görə, Bağdadda da iki partlayış olub. İki yüksək rütbəli məmur ölüb, 8 nəfər yaralanıb.
XS
SM
MD
LG