Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 17:39

“Domodedovo” aeroportunda partlayış, azı 35 nəfər həlak olub

Domodedovo aeroportu terrordan dərhal sonra
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

Svoboda radiosunun videomüxirləri Domodedovoya gələndə orada vəziyyət belə idi

AEROPORTDA PARTLAYIŞ

Bu gün Moskvada “Domodedovo” aeroportunda baş vermiş partlayışda azı 35 nəfər həlak olub, 130 nəfər də yaralanıb. İstintaq Qrupundan Tatyana Mrozova İnterfax agentliyinə bildirib ki, partlayış beynəlxalq uçuşlarla Moskvaya gələn sərnişinlərin yüklərini aldıqları salonda baş verib.

İnterfax ilkin rəsmi məlumatlara istinadla hadisəni intiharçının törətdiyini bildirir.

Keçən ilin martında da Moskva metrosunda partlayışda 40 nəfər həlak olmuşdu. O zaman rəsmilər hadisəni Dağıstandan olan iki qadın intiharçının törətdiyini bildirmişdi.

Hadisə yerindən ilkin videogörüntülər:


Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevə başsağlığı göndərib: “Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik” -deyə məktubda qeyd edilir.

İtar-Tass Agentliyinin məlumatına görə yaralıların sayı 150 nəfərdir. Onlardan 70 nəfərdən çoxu Moskvanın müxtəlif xəstəxanalarına yerləşdirilib.

Agentlik Moskva şəhər rəhbərliyinin həlak olanların ailələrinə təxminən 50 min manat, yaralıların ailələrinə isə isə 30 min manata qədər kompensasiya verəcəyini bildirir.

Partlayışla bağlı terrorçuluq maddəsi ilə cinayət işi başlanıb.

QƏRB LİDERLƏRİ RUSİYA İLƏ HƏMRƏYLİK İFADƏ EDİRLƏR


NATO-nun rəhbəri Anders Fogh Rasmussen bəyanat yayaraq bu partlayışla bağlı Rusiya ilə hadisədə Rusiya ilə həmrəy olduğunu bildirib. O, terrorla mübarizədə Moskva ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Avropa parlamentinin prezidenti deyib ki, heç nə ilə terrora və zorakılığa haqq qazandırmaq olmaz.

Fransa və Almaniya da bu partlayışı “barbarca davranış” adlandırıb.

AATƏT-ə sədrlik edən Litvanın xarici işlər naziri bəyanat yayaraq həlak olanlara başsağlığı verib, bu hadisəyə görə Rusiya dövləti və xalqının yanında olduqlarını bildirib.
(FOTOSESSİYAYA BAXMAQ ÜÇÜN FOTONU AÇIN)

Domodedovo aeroportunda terror aktı

x

Domodedovo aeroportunda terror aktı

Domodedovo aeroportu - təcili yardım qrupu hadisə yerinə tələsir
1/15 Domodedovo aeroportu - təcili yardım qrupu hadisə yerinə tələsir
Ardını göstər Qısa göstər
Partlayışda xəsarət alan şəxsi təcili yardım maşınıa aparırlar
2/15 Partlayışda xəsarət alan şəxsi təcili yardım maşınıa aparırlar
Ardını göstər Qısa göstər
Xəsarət alanlar hadisə yerindən xəstəxənalara aparılır
3/15 Xəsarət alanlar hadisə yerindən xəstəxənalara aparılır
Ardını göstər Qısa göstər
Partlayışda saniyələr keçob - TV görüntüsu
4/15 Partlayışda saniyələr keçob - TV görüntüsu
Ardını göstər Qısa göstər
Partlayış bir an əvvəl baş verib
5/15 Partlayış bir an əvvəl baş verib
Ardını göstər Qısa göstər
Terror hücumunda yaralanan
6/15 Terror hücumunda yaralanan
Ardını göstər Qısa göstər
Rusiya FSB-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları hadisə yerində
7/15 Rusiya FSB-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları hadisə yerində
Ardını göstər Qısa göstər
FSB əməkdaşları Domodedodvo aeroportunda təhqiqata başlayır
8/15 FSB əməkdaşları Domodedodvo aeroportunda təhqiqata başlayır
Ardını göstər Qısa göstər
FSB əməkdaşları hadisə yerində
9/15 FSB əməkdaşları hadisə yerində
Ardını göstər Qısa göstər
Moskva meri Sergey Sobyanin hadisə yerinə gəlir
10/15 Moskva meri Sergey Sobyanin hadisə yerinə gəlir
Ardını göstər Qısa göstər
Partlayışda yaralananlar
11/15 Partlayışda yaralananlar
Ardını göstər Qısa göstər
FSB əməkdaşları hadisə yerində
12/15 FSB əməkdaşları hadisə yerində
Ardını göstər Qısa göstər
Jurnalistlər hadisənin təfərrütlarını sərnişinlərdən almağa cəhd edirlər
13/15 Jurnalistlər hadisənin təfərrütlarını sərnişinlərdən almağa cəhd edirlər
Ardını göstər Qısa göstər
Rusiya FHN-nin əmkdaşları Domodedovoda
14/15 Rusiya FHN-nin əmkdaşları Domodedovoda
Ardını göstər Qısa göstər
Təcili yardım xidmətinin əməkdaşları hadisə yerində
15/15 Təcili yardım xidmətinin əməkdaşları hadisə yerində
Ardını göstər Qısa göstər
Öncəki slayd
Növbəti slayd
XS
SM
MD
LG