Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 19:52

Göygöldə Olimpiya kompleksi tikilir

Göygöl şəhərində Olimpiya İdman Kompleksinin inşasına start verilib. Kompleks ümumən 6 hektar ərazini əhatə edəcək.

Kompleksin təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Bu Kompleks Azərbaycanda sayca 39-cudur. Ölkənin müxtəlif bölgələrində 28 Olimpiya İdman Kompleksi fəaliyyətdə, 11-i isə tikilməkdədir.

Göygöl Olimpiya İdman Kompleksi ən müasir tələblər səviyyəsində inşa ediləcək.

Burada üzgüçülük hovuzu, güləş zalı, 2 min nəfər tamaşaçı tutumlu futbol stadionu, voleybol, mini-futbol meydançaları olacaq. Eləcə də 50 nəfərlik mehmanxana və kotteclər idmançıların və qonaqların ixtiyarına veriləcək.
This item is part of
XS
SM
MD
LG