Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 18:36

Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib

Bu gün Tunisdə polis etiraz nümayişlərində iştirak edənləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar əllərində daş baş nazirin ofisinə tərəf gedirmiş.

Etirazçıların çoxu paytaxta dünən kasıb kənd bölgələrindən gəliblər. Onlar baş nazir Mohamed Ghannouchinin istefasını tələb edirlər.

Tunisdə hər gün müvəqqəti hökumətə qarşı etiraz aksiyaları keçirilir. Onlar ölkədən qaçmış prezident Zine el-Abidine Ben Alinin hakimiyyətində işləmiş nazirlərin istefasını tələb edirlər.
This item is part of
XS
SM
MD
LG