Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Prezident İlham Əliyev paytaxtda bir sıra açılışlarda iştirak edib


Yanvarın 24-də prezident İlham Əliyev Bakıda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin, «Bakıelektrikşəbəkə» ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışlarında iştirak edib.

Dövlət başçısı əvvəlcə Xəzər rayonunda avtomobillərin və piyadaların sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4.4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib.

Sonra prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Zuğulba qəsəbəsi avtomobil yolunda tikilmiş Binə yol qovşağının açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb.

Dövlət başçısı Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi-Zuğulba yolunun 1.6-cı kilometrliyində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib.

Daha sonra o, «Bakıelektrikşəbəkə» ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışında da iştirak edib.
XS
SM
MD
LG