Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

«Mən nə qədər həbsdə qalacağam?»


Həbsdə olan jurnalist Eynulla Fətullayev yanvarın 21-də Azərbaycan hüquq ictimaiyyətinə müraciət edib. Jurnalist hüquqşünasları onun bundan sonra nə qədər həbsdə qalacağı ilə bağlı müzakirə keçirməyə, hakimə dost məktubu göndərməyə çağırır.

Yanvarın 25-də Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsinin ona narkotik saxlama ittihamı ilə kəsdiyi cəzadan apelyasiya şikayətinə baxılacaq. Jurnalist sual edir ki, məhkəmə kollegiyası onun şərti məhkum olunmağı barədə və ya ona təyin edilmiş cəza müddətini 1 il azaltmaqla onu azadlığa buraxa bilərmi?

«Apellyasiya şikayətim təmin olunmazsa, məhkəmə kollegiyası cəzanı necə hesablamalı, 20 aprel 2007-ci ildən 03 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım 2 ay 14 gün müddətini və 03 oktyabr 2009-cu ildən 06 iyul 2010-cu ilədək 12 saylı cəza çəkmə müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qisimlərində saxlandığım 9 ay 3 günlük müddəti hökm qanuni qüvvəyə minənədək çəkilmiş cəza kimi nəzərə almalıdırmı?».

«Ən nəhayət apellyasiya şikayətim təmin olunmazsa, mən hansı rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməliyəm?».
XS
SM
MD
LG