Keçid linkləri

2026, 17 May, bazar, Bakı vaxtı 06:34

5 finalçı canlı efirdə solo konsert proqramı ilə çıxış edəcək

“Eurovision-2011” milli seçim turlarının 5 finalçıları bu gündən İctimai Televiziyanın canlı efirində solo konsert proqramı ilə çıxış edəcəklər.

İTV-nın xəbərinə görə, finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər.

Proqrama uyğun olaraq yanvarın 24-də Nigar Camal, 25-də Aynişan Quliyeva, 26-da İlqarə İbrahimova, 27-də Eldar Qasımov, 28-də isə İlhamə Qasımova televiziyanın canlı efirində səs və səhnə imkanlarını göstərəcəklər.

Tamaşaçılara özlərini daha yaxından tanıda bilmək üçün ifaçılara repertuar seçimində sərbəstlik verilib.
This item is part of
XS
SM
MD
LG