Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Arşavin «Chelsea»yə keçir?


Roman Abramoviç
Roman Abramoviç
Londonun “Arsenal” futbol klubunun rusiyalı oyunçusu Andrey Arşavin bu yay “Chelsea”-yə keçə bilər.

Bu haqda “News of the World” nəşri yazır.

Qəzetin iddiasına görə, Arşavinin keçidində şəxsən “Chelsea”-nin rusiyalı sahibi Roman Abramoviç maraqlıdır.

Abramoviçlə Arşavinin şəxsi münasibətlərinin yaxşı olduğu deyilir. Onların Rusiyanın 18-ci il Dünya Çempionatına ev sahibliyi kampaniyasında birgə iştirakı ilişkiləri daha da yaxşılaşdırıb.

Onu da bildirək ki, son zamanlar Arşavin “Arsenal”ın əsas heyətinə düşməkdə çətinlik çəkir. Buna görə də, onun iş yerini dəyişməyin əleyhinə olmadığı istisna edilmir.
XS
SM
MD
LG