Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:57

Erməni rəssamların çörək mübarizəsi...


Yerevanda bütün il boyu iki qalereya açıq səma altında fəaliyyət göstərir. Qalereyeya getmək üçün nə ödəniş, nə də dəvətnamə tələb olunmur.

Yerevanın Monmartlarını əsasən turistlər və incəsənət sevərlər ziyarət edir. Burdan yaxşı hədiyyə almaq, yaxud müasir rəssamların işləri ilə tanış olmaq mümkündür. Bu rəssamlar şəkilləri kimi davamlıdırlar. İstənilən havada - istidən və soyuqdan çəkinmədən işə çıxırlar.

Samvel Harutyunyan 20 ildir əsərlərini Vernisajda nümayiş etdirir:

- Biz xalq üçün edirik. Rəssam yaratmalıdır, təkcə öz emalatxanasına çəkilib, kiminsə gəlib şəklini alacağını gözləməməlidir. Həm də insanlar arasına çıxıb, ünisiyyət qurmalıdır. Mən şəkillərimi həm burda, həm emalatxanada, həm də sərgi salonlarında nümayiş etdirirəm.

ERMƏNİSTANDA SƏRGİ ZALLARI ÇOX DEYİL

Ancaq bir qədər gənc rəssamlar başqa fikirdədirlər. Onlar 20 dərəcə şaxta və ya 40 dərəcə istidə küçədə dayanmaqdansa əsərlərini isti, rahat sərgi zallarında görmək istərdilər:

Ermənistanda sərgi zalları çox deyil
- Əlbəttə, şəkillər qalereyada daha yaxşı görünür. Ancaq Ermənistanda sərgi zalları çox deyil və bu zallarda ancaq bəzi rəssamların şəkilləri nümayiş olunur. Gənc rəssamlara fikir verən yoxdur. Ona görə də şəkillərimizi satmaq üçün Vernisaja gəlməyə məcburuq.

Daha yaşlı rəssamların isə işə fəlsəfi yanaşması var. Rəssam həyatı heç vaxt asan olmayıb, onlar hər zaman bir tikə çörək üçün mübarizə aparıblar. Əsas odur ki, incəsənəti alqı-satqı predmetinə çevirməyəsən. Hərçənd Vernisajdakı rəssamlar öz şəkillərinin həm də satıcısı olmalıdır:

ASAN DEYİL

- Bütün dünyada olduğu kimi, biz, rəssamlara burda da asan deyil. Çünki bazarımız, yaxşı qalereyamız yoxdur. Rəssam şəklinin satmaq üçün 10 dərəcə şaxtada çıxmağa məcbur deyil. O, rahatca emalatxanasında oturmalı, şəkil çəkməli, alıcıların özlərinin gəlib, şəkil almalıdır.

Vernisajda satılan şəkillərin qiyməti 100 avrodan başlayır. Rəssamlar şəkillərini bəzən ucuz qiymətə satmağa məcbur olurlar ki, heç olmasa boya və çorək ala bilsinlər.

Alıcıların əksəriyyətinin isə incəsənətdən başı çıxmır. Rəssamlar peyzaj və süjet çəkməyi sevməsələr də, etiraf edirlər ki, alıcılar məhz bu cür şəkillərə daha çox üstünlük verirlər:

ZÖVQSÜZ ŞƏKİLLƏRİ ALIRLAR

Alıcıların əksəriyətinin incəsənətdən başı çıxmır
- Bu gün Ermənistanda incəsənət və rəssamlıqla bağlı vəziyyət yaxşı deyil. Almırlar. Hətta alırlarsa belə, sadə, incəsənətdən uzaq, zövqsüz şəkilləri alırlar. Əsasən peyzaj alırlar, protret alırlar...

- Əgər İspaniyada öküz çəkirlərsə, Ağrı dağ və ya nar çəkməyin nəyi pisdir? Axı bu yolla sosial mübahisə məsələlərini həll edirik.

Yerevann Vernisajlarından biri tanınmış erməni rəssam Marttiros Saryanın abidəsinin yaxınlığında yerləşir. İş günləri burda rəssam və ziyarətçilərin sayı az olur. Açıq səma altındakı bu sərgi salonunun görünməz qapıları əsasən bazar günləri ziyarətçilərin üzünə açıq olur.


XS
SM
MD
LG