Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 10:01

Azərbaycanın ilk futbol şərhçisi vəfat edib


Valid Sənani
Valid Sənani
Əməkdar jurnalist, Azərbaycan Televiziyasının ilk futbol şərhçisi Valid Sənani 75 yaşında vəfat edib. O uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Valid Sənani 1935-ci ildə Bakıda doğulub. Fəaliyyətə 1955-ci ildə Azərbaycan radiosunda diktor kimi başlayıb. Uzun müddət Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib, televiziya və radio üzrə tanımış mütəxəssis hesab olunurdu.

Hazırda Azərbaycan KİV-lərində fəaliyyət göstərən jurnalistlər arasında onun xeyli yetirmələri var.
XS
SM
MD
LG