İsveçdə yaşayan azərbaycanlıların "Qarabağ" komitəsi Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində İsveç höküməti və parlamentinə dinc insanların kütləvi şəkildə qətlə yetirilməsini soyqırım kimi tanımağa çağıran qətnamə göndərəcək.
Trendin məlumatına görə, qətnamə erməni qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoymağa, Xocalıda dinc sakinlərin qətlə yetirilməsini soyqırım kimi tanımaağa, ölən və xəsarət alanların ailələrinə kompensasiya ödəməyə çağırır.
Bundan başqa Azərbaycan diasporu fevralın 26-da Stokholmun mərkəzi meydanı olan Sergels Torg-da Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə mitinq keçirməyi planlaşdırır.
1992-ci il fevralın 26-da erməni qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğında 613 nəfər ödürülüb, 1000 nəfər yaralanaraq əlil olub, 1 275 nəfər dinc sakin isə girov götürülüb.
Onlardan 150-nin taleyi hələ də məlum deyil.