Keçid linkləri

2026, 16 Avqust, bazar, Bakı vaxtı 11:34

Karvan klubunun 6 oyunçusu yol qəzasında yaralanıb

Yevlaxın “Karvan” futbol klubunun 6 oyonçusu yol qəzasında xəsarət alıb.

Klubun avtobusu yük maşını ilə toqquşub.

APA-nın Yevlax Rayon Polis Şöbəsinə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 22-də saat 13:00 radələrində şəhərin Ceyhun Mustafayev küçəsində baş verib.

Hadisə nəticəsində futbolçular - Amil Orucov, Fərid Məmmədov, Nicat Gülməmmədov, Eldəniz Orucov, Rövşən Vəliyev və Ramil Mehdiyev, eləcə də yük maşınının sürücüsü Elşən Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax şəhər Təcili Tibbi Yardım Məntəqəsinə çatdırılıblar.

“Karvan” klubu “Şəmkir” komandası ilə oyuna gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG