Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Ev telefonlarında ödəniş dəqiqə hesabı olacaq


Əli Abbasov
Əli Abbasov
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ev telefonlarında dəqiqə hesabı ödənişlərə keçmək üçün Tarif Şurasına yeni təkliflər təqdim etmək niyyətindədir.

Yanvarın 22-də nazir Əli Abbasov belə deyib.

Ev telefonlarından istifadə haqqı mobil telefonlarda olduğu kimi, amma xeyli ucuz qiymətə dəqiqə hesabı ilə aparılacaq.

Nazir bildirib ki, yeni sistem indiki sistemi dəyişmədən də tətbiq oluna bilər:

«İstifadəçi abunə haqlarından imtina edə bilər, yəni heç bir abunə haqq vermək lazım deyil. Ola bilər ki, bu halda əhalinin çoxu ayda 1-1.5 manatdan çox xərcləməyəcək. Halbuki, indi aylıq abunə haqqı 2 manatdır».

Əhaliyə bir neçə tarif paketi təklif olunacaq.

Əli Abbasov mobil rabitə operatorlarının fəaliyyətinə də toxunub, onları kəskin tənqid edib. O, bildirib ki, qiymət sistemi şəffaf və qənaətbəxş deyil, beynəlxalq və rouminq danışıqları üçün qiymətlər şişirdilib:

«Tariflər çox vaxt, bəlkə də qəsdən mürəkkəbləşdirilmiş şəkildə olur və istehlakçılar bundan əziyyət çəkirlər».
XS
SM
MD
LG