Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 10:06

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıda səfərdədir


«Rusiya Azərbaycanla iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirir».

Yanvarın 22-də Bakıda prezident İlham Əliyevlə görüşən Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin belə deyib.

Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

O bildirib ki, bu il Rusiya və Azərbaycanın «çoxlu birgə tədbirlər»i olacaq. Bu baxımdan, Narışkin sentyabr ayında Bakıda humanitar əməkdaşlığa dair Rusiya-Azərbaycan Forumunun keçiriləcəyini xatırladıb.

Öz növbəsində, İlham Əliyev Rusiya ilə münasibətlərin «kifayət qədər yüksək olduğunu» bildirib.

Narışkinin Azərbaycana səfərində məqsəd Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak etməkdir.
XS
SM
MD
LG