Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 08:11

«Qazprom» Azərbaycandan aldığı təbii qazın həcmini 2.5 dəfə artıracaq


2010-cu ildə ARDNŞ Rusiyaya 799.751 milyon kubmetr qaz ötürüb
2010-cu ildə ARDNŞ Rusiyaya 799.751 milyon kubmetr qaz ötürüb
Bu il «Qazprom» Azərbaycandan aldığı təbii qazın həcmini 2 milyard kubmetrə çatdıracaq.

«Qazprom»un mətbuat xidmətindən bildirirlər ki, bu barədə «Qazprom» ASC-nin idarə heyətinin sədri Aleksey Miller və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev razılığa gəliblər.

2010-cu ildə ARDNŞ Rusiyaya 799.751 milyon kubmetr qaz ötürüb. Beləliklə, 2011-ci ildə «Qazprom» Azərbaycandan aldığı qazın həcmini 2.5 dəfə artıracaq. /APA/
XS
SM
MD
LG