Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:20

Senator Belorusda gördüklərindən dəhşətə gəlib


Bir qrup Amerika senatoru ABŞ və Avropa Birliyi rəhbərlərini çağırıb ki, Belorusda prezident seçkilərindən sonra müxalifətə qarşı təzyiqləri dayandırmaq üçün birgə ölçü götürsünlər.

6 senator Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-a məktub göndərərək prezident Lukaşenko və digər Belorus rəsmilərinə qarşı sanksiya tətbiq etməyə, Belorusun dövlət neft şirkəti - Belneftexim-lə biznes əlaqələrini qadağan etməyə çağırıblar.

Müraciəti imzalayanlardan biri – demokrat senator Riçard Durdin Azadlıq Radiosuna müsahibəsində deyir ki, bu yaxınlarda Belorusda olub və həbs edilmiş prezidentliyə namizədlərin ailələri ilə görüşüb.

O, Lukaşenko hakimiyyətinin Belorusda demokratiya uğrunda mübarizə aparanlara qarşı necə sərt tədbirlərə əl atmasından dəhşətə gəlib.

Riçard Durdin Belorusun xarici işlər naziri Sergey Martınovla da görüşərək rejimin son addımlarından necə məyus olduğunu anladıb.

Amma senator deyir ki, nazir ondan Belorusa qarşı çox sərt olmamağı, Belorusun "gənc demokratik ölkə" olmasını nəzərə almağı xahiş edib.

Halbuki senatorun fikrincə, baş verənlər Belorusun demokratik yolda olduğunu göstərmir.

"Onlar iddia edirlər ki, bu, Polşa və Almaniyanın hazırladığı və Belorus hakimiyyətini devirməyə yönələn bir sui-qəsd olub. Bu, qəribə ittihamdır, rejimin öz siyasi opponentlərinə qarşı götürdüyü ölçülər isə çox sərtdir”.

Riçard Durbin deyir ki, o, məsələni Amerika prezidenti administrsiyasının rəsmiləri ilə görüşlərdə də qaldırıb və administrasiyanın bu yöndə addımlar atacağına inanır.

Həm Avropa Birliyi, həm də ABŞ rəhbərlərinə müraciət etmiş senator düşünür ki, Lukaşenko hakimiyyətinə qarşı yalnız koordinə edilmiş sanksiyaların təsiri ola bilər.

Belorusda prezident seçkisi dekabrın 19-da keçirilib. Seçkinin saxtalaşdırldığını düyən müxalifətin etiraz aksiyasını təhlükəsizlik qüvvələri dağıdıb. Seçkidə Lukaşenkoya rəqib olmuş namizədlər də daxil olmaqla 600-dən çox müxalifət fəalı həbs edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG