Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 05:36

Azərbaycan ordusunun hərbçisi yaralanıb



Yanvarın 20-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında atışma olub.

Atışma nəticəsində milli ordunun hərbçisi Şamil Sadıqov yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbçi erməni tərəfin açdığı atəş nəticəsində yaralanıb.

Müdafiə Nazirliyinin rəsmisi Teymur Abdullayev atəşkəs barədə Ermənistan tərəfin dezinformasiya yaydığını da deyir: “Ermənistan tərəf deyir ki, guya onlar tərəfdən bir hərbçi ölüb, Azərbaycan tərəfdən isə çoxlu itki olub. Bunlar yalan söhbətdir. Sadəcə qarşı tərəf insidenti ört-basdır etmək üçün yalan uydurur".
XS
SM
MD
LG