Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:31

İran uran zənginləşdirməkdən dönmək fikrində deyil


“İran uran zəngiləşdirməkdən əl çəkmək fikrində deyil, amma Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqları davam etdirəcək”.

Bunu İranın agentlikdəki nümayəndəsi Əli Əsgər Soltaniyə deyib.

O, qeyd edib ki, Tehranın davamlı nüvə yanacağı alacağına təminat yoxdur və əgər onun istehsalına vəsait qoyulmasa, Buşəhrdəki atom elektrik stansiyasına çəkilmiş xərc bata bilər.

Qərb hesab edir ki, tehran gizlicə nüvə silahı üzərində işləyir.

İran itihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Yanvarın sonunda İstanbulda İranın nüvə proqramıyla bağlı nöcvəti danışıqlar gözlənilir.
XS
SM
MD
LG