Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Miralim Bəhramov saxlanıb?


Polisin Nemət Pənahlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Miralim Bəhramovu saxladığı deyilir. Nemət Pənahlının qardaşı Səməd Pənahlı AzadlıqRadiosuna deyir ki, Bəhramov yanvarın 19-da onunla birgə Nəsimi rayon polisində olub: “Müstəntiq məndən ifadə alarkən Miralim bəy məni gözləyirdi, mən çıxanda isə onu görmədim”.

Səməd Pənahlı deyir ki, uzun axtarışdan sonra ona Miralim Bəhrəmovun Nəsimi rayon Polis İdarəsində saxlandığını bildiriblər.

Nəsimi rayon Polis İdarəsindən isə AzadlıqRadiosuna məlumat verə bilməyəcəklərini söylədilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur.
XS
SM
MD
LG