Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

Çin rəhbəri ABŞ-Çin münasibətlərinə dair çıxış edəcək


ABŞ-da səfərdə olan Çin rəhbəri Hu Cintao yanvarın 20-də Konqres liderləri ilə görüşəcək.

ABŞ qanunvericiləri Çinin milli valyutası - Yuanın məzənnəsini qəsdən aşağı salmaq və insan haqları ilə bağlı siyasətini tənqid edirlər.

Bu gün Çin lideri iki ölkə arasında münasibətlərə dair çıxış edəcək, daha sonra sahibkarlarla görüşmək üçün Çikaqoya yollanacaq.

Dünən ABŞ prezidenti Barak Obama Ağ Evdə çinli həmkarını qəbul edib, iqtisadi məsələlər, o cümlədən ABŞ-ın Yuanın məzənnəsi ilə bağlı narazılıqları müzakirə olunub.
Obama həmçinin insan haqları ilə bağlı məsələdə Hu Cintaoya təzyiq edib.
XS
SM
MD
LG