Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:48

«Mərc oyunlarında problem daha çox əmsallarla bağlıdır»


Ruslan Məmmədli
Ruslan Məmmədli
Bunu Azadlıqradiosunun «İşdən sonra» proqramında «Mərc oyunlarının leqallaşdırılması» mövzusunda danışarkən «Bukmeker» qəzetinin baş redaktoru Ruslan Məmmədli deyib. Onun fikrincə, yeni tətbiq olunan qaydalar qara bazarla rəqabət imkanı yaratmır:

«Bu, özlüyündə sadə proqnozsevərlər üçün heç də yaxşı hal deyil. Çünki rəqabət olmayan yerdə proqnozsevər arzularını həyata keçirə bilməz. Bu gün yeganə problem inhisarçılıqla yox, əmsallarla bağıdır. Çünki açıq aşkar görürük ki, əmsallar kifayət qədər aşağıdır. Əvvəl böyük əmsala öyrəşmiş insanlar artıq «Topaz» şirkətinin nümayəndələrinə müraciət etmirlər. Bu da onların konkret olaraq müştəri itirməsinə gətirib çıxaracaq. İlkin əlamətlər artıq özünü göstərir».

Futbolpress.az saytının redaktoru Elçin Cəlilov isə deyib ki, bu oyunları leqallaşdırmaq istəyənlər ilk növbədə əmsal məsələsini nəzərə almalıdırlar:

«Bunu tənzimləmək istəyirlərsə, onda rəqabətə davamlı olmalıdır bu iş. Çünki qara bazar kifayət qədər artıq oturub. İnsanlar artıq qara bazara öyrəşiblər. Bunu həqiqətən qanuniləşdirmək istəyirlərsə, ən azı əmsal məsələsini başlanğıcda nəzərə almalı idilər».

Elçin Cəlilov
Mərc oyunlarını daim izlədiklərini deyən jurnalistlər bildirdilər ki, belə bir qaydalarla uduş olacağına ümid azdır. Buna görə də müştəri cəlb edə bilməyəcəklər.

Ruslan Məmmədli: «Əmsalların yuxarı olmasının şirkətin gəlirinə heç bir təsiri yoxdur. Əksinə əmsalları yuxarı etməklə insanları daha çox cəlb edir şirkət. Bütün dünyada bu işin içində olan insanlar bilir ki, bu işdə uduzma halı 75 faizdir. «Topaz» rəsmisinin dediyi kimi, 70 faiz uduşa veriləcək fikri ilə razılaşmıram. Belə şey yoxdur. Bunu tam məsuliyyəti ilə deyirəm».

Jurnalistlər hüquq mühafizə orqanlarının bu işə nəzarət etməsinə də münasibət bildiriblər. Onların fikrincə, hətta Rabitə Nazirliyi mərc oyunları gedən xarici saytları bağlasa da, qara bazarın qarşısını almayacaq. Hüquq mühafizə orqanlarının qeyri-rəsmi kontorları bağlayacağı isə inandırıcı görünmür:

«O obyektlər bağlansa da, heç bir problem yoxdur ki, onlar gizlicə fəaliyyət göstərsin. Saytları bağlamaq əslində o qara bazarı bir qədər də gücləndirəcək. Çünki proksi-saytlar və başqa formalarda bu yenə işləyəcək».

XS
SM
MD
LG