Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu ildə ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparıb. Məlum olub ki, abituriyentlərin bir qismi fizikanın konkret bölmələrini yaxşı bilmir.
TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, abituriyentlərin əksəriyyəti «Mexanika» bəhsində «Statikanın əsasları», «Molekulyar fizika» bəhsində «Termodinamikanın əsasları», «Elektrodinamika» bəhsində «Elektrostatika», «Sabit elektrik cərəyanı», «Elektromaqnit induksiya hadisəsi», «Elektromaqnit rəqsləri və dalğaları» mövzularına dair test tapşırıqlarına ya zəif cavab verib, ya da onlardan imtina edib.
Təhlil göstərib ki, fizikadan ənənəvi olaraq abituriyentlərin bir qisminin zəif nəticə göstərməsinin üç səbəbi var: Birinci, abituriyentlərin ümumi riyazi bilik səviyyəsi zəifdir, fiziki hadisə və proseslərin mahiyyətini dərk edə bilmir, ikincisi, məktəblərin maddi-tezniki bazası aşağı səviyyədədir, həmçinin fiziki kəmiyyətlərin ölçülməsi üçün istifadə olunan cihaz və vasitələr, onların iş prinsiplərinə aid test tapşırıqlarına da cavab verməkdə çətinlik çəkirlər.