Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

Elmar Məmmədyarov gürcüstanlı həmkarıyla görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadzeni qəbul edib.

APA-nın məlumatına görə, görüşdə ötən il 2 ölkə arasındakı münasibətlərin nəticələri və 2011-ci il üçün perspektiv planlar müzakirə edilib.

Bundan başqa hər iki ölkənin beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa Birliyi ilə bağlı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Tərəflər Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Görüşdə hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü problemi də müzakirə olunub.

Həmçinin, görüş zamanı qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG