Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:37

Vaşinqtonda ABŞ və Çin prezidentlərinin görüşü olub


Vaşinqtonda ABŞ və Çin prezidentlərinin görüşü olub.

Barak Obama hər iki ölkənin qazanılmış qarşılıqlı uğurlarda böyük rolu olduğunu və bu səfərin növbəti 30 ilin əsasını qoyacağını bildirib.

Obama çıxışında insan haqlarına da toxunub, qeyd edib ki, ölkələr insan haqlarına hörmətlə yanaşılanda inkişaf edir.

Öz növbəsində Çin prezidenti Hu Çintau ABŞ-Çin münasibətlərində yeni tərəqqi olduğunu bildirib, amma qeyd edib ki, hər iki tərəf bir-birinin maraqları və inkişaf yoluna hörmətlə yanaşmalıdır.

Həmçinin prezidentlər və iş adamlarının iştirakıyla ayrıca görüş nəzərdə tutulub.

Sonda prezidentlərin qısa mətbuat konfransı keçirəcəkləri gözlənilir.
XS
SM
MD
LG