Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Noyabr, şənbə, Bakı vaxtı 18:57

Lukaşenkonun andiçmə mərasimi yanvarın 21-də olacaq


Belarus prezidenti Aleksandr lukaşenkonun andiçmə mərasimi yanvarın 21-də olacaq.

Minskdəki Respublika sarayında keçiriləcək mərasim bütün yerli kanallarla canlı yayımlanacaq.

Belarusda prezident seçkisi dekabrın 19-da keçirilib.

Seçki günü keçirilmiş etiraz aksiyasında 600-dən çox nümayişçi həbs olunub.

Onlardan 32-i kütləvi hərc-mərcliyin təşkilində ittiham olunurlar.

Onlardan 5-i prezidentliyə keçmiş namizədlərdir.

Müxalifət seçkinin saxtalaşdırıldığını deyir.

Avropa Parlamenti bu gün rəsmi minskə qarşı mümkün sanksiyaları müzakirə edir.

Söhbət Belarus rəsmilərinə viza verilməməsindən gedir.
XS
SM
MD
LG