Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun şikayətini təmin etməyib.
Bu barədə AzadlıqRadiosuna AİP sədrinin vəkili Anar Qasımov məlumat verib.
AİP sədri Mövsüm Səmədov bu il yanvarın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 13 sutka müddətinə inzibati qaydada həbs olunub. O, polisə müqavimətdə təqsirləndirilir.
Mövsüm Səmədov həbsini qanunsuz sayaraq, apelyasiya şikayəti verib.
A.Qasımov partiya sədrinin məhkəmədə iştirak etməsi üçün vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib.
Vəkilin bildirdiyinə görə, yanvarın 20-i saat 22.15-də M. Səmədovun həbs müddəti bitir:
“Məhkəmədə xatırlatdım ki, heç olmasa 1 sutkanı onu güzəştə getsinlər, 1 gün əvvəldən buraxılsın. Məhkəmənin bu cür qərar verməsi belə deməyə əsas verir ki, Mövsüm Səmədovun sabah çıxmasını əngəlləmək üçün ona qarşı ittiham irəli sürülə, barəsində həbs-qətimkan təbiri seçilə bilər”.