Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 07:40

Azərbaycanın "İnter" komandası 1/4 finalda Ermənistan təmsilçisi ilə qarşılaşır

Futbol üzrə Azərbaycan çempionu "İnter" Sankt-Peterburq şəhərində keçirilən «Birlik kuboku»nun 1/4 finalında Ermənistan çempionu "Mika"yla qarşılaşacaq.

Qrup mərhələsinin sonuncu oyunu Yanvarın 18-də keçirilib. «İnter Moldovanın «İskra-Stal» komandası ilə qarşılaşıb. 80-ci dəqiqədə Rövşən Əmiraslanovun vurduğu qolla «İnter» 1:0 hesabı ilə qələbə qazanıb.

Azərbaycan çempionu qrupda keçirdiyi ilk iki oyunda Qırğızıstanın «Neftçi» və Tacikistanın «İstiqlal» klublarına da 3:0 hesabı ilə qalib gəlmişdi.

Bu günkü qələbə ilə «İnter» maksimum xal toplamaqla 1/4 final mərhələsinə vəsiqə qazanıb.
This item is part of
XS
SM
MD
LG