Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

Misirdə daha iki nəfər özünü yandırıb


Misirdə daha 2 şəxs özünü yandırıb. Daxili İşlər nazirliyi bildirib ki, hadisələrdən biri Qahirədə, parlament binası yaxınlığında, digəri isə Aleksandriyada baş verib. Bazar ertəsi də Qahirədə bir nəfər özünü yandırmışdı.

Tunisdə prezident Ben Alinin ölkədən qaçmasıyla nəticlənən etirazlar da 26 yaşlı gəncin işsizlik səbəbindən özünü yandırmasıyla başlamışdı.

Bundan sonra Misirlə yanaşı, Mavritaniya və Əlcəzairdə də özünü yandırma hadisələri baş verib.
XS
SM
MD
LG