Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

İraqda intiharçının bomba partlatması nəticəsində çoxlu adam ölüb


İraq rəsmiləri deyirlər ki, intiharçının bomba partlatması nəticəsində polis vəzifəsinə namizədlərin azı 30 nəfəri ölüb, 50 nəfərdən çoxu yaralanıb. Onlar İraq təhlükəsizlik orqanlarında işə qəbul olunmaq üçün toplaşıblarmış.

Polis deyir ki, partlayış Bağdaddan 130 km uzaqlıqda yerləşən Tikritdə polis bölməsinin yaxınlığında baş verib.

Qurbanların çoxu işə düzəlmə ümidi ilə öz sənədərini də götürüb bura gələn kişilər olub.
İraqda zorakılıq halları 2006-2007-ci illərdə pik həddinə çatıb, amma sonralar hücumların arası səngiyib.
XS
SM
MD
LG