Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:56

Avtoqəzalarda ölənlərin sayı artıb


Rafiq Abbasov
Rafiq Abbasov
2010-cu ildə Bakıda baş vermiş cinayətlərin sayı 1.6 faiz azalaraq ümumən 10 612 cinayət təşkil edib. Onların da 86.7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13.3 faizi ağır və xüsusilə ağır cinayətlərdir.

Əvvəlki illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin açılması 12.3 faiz, qəsdən sağlamlığa xəsarət yetirmələrin açılması 5.5 faiz, dövlət və bələdiyyə əmlakı oğurluğu cinayətlərinin açılması 13.6 faiz yaxşılaşıb.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində hesabat dövründə qanunsuz dövriyyədən 138 kiloqramdan artıq narkotik vasitə çıxarılıb. Bu cür fəaliyyətlə məşğul olan 56 cinayətkar qrup ifşa olunub. 2009-cu illə müqayisədə cinayətkarlardan daha çox tiryək və heroin götürülüb.

Bu haqda yanvarın 17-də Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində BŞBPİ rəisi Rafiq Abbasov məruzə ilə çıxış edib.

Bildirilib ki, paytaxtda ictimai asayişin mühafizəsi və əmin-amanlığın təmin edilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Post-patrul xidmətinin əməkdaşları tərəfindən qanunsuz aksiyaların qarşısı alınıb, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirdə ictimai asayiş yüksək səviyyədə təmin olunub.

İctimai hüquq qaydalarının, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 463 minə yaxın inzibati protokol tərtib edilərək müvafiq tədbirlər görülüb.

Əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı bütövlükdə 3.2 faiz, yaralananların sayı 8.6 faiz azalsa da, ölümlə nəticələnən hadisələrin sayı 2.6 faiz, həlak olanların sayı isə 5.9 faiz artıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG