Keçid linkləri

2026, 16 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:19

Magistraturaya tələbə qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üçün magistraturaya tələbə qəbulu elan edib.

Bakalavrların ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək İnternet vasitəsilə aparılacaq.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılacaq.

Birinci mərhələnin imtahanı fevralın 20-də keçiriləcək.
This item is part of
XS
SM
MD
LG