Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:24

Azərbaycan futbolunun 100 yaşı tamam olur


Bu il Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının saytında yerləşdirilən xəbərdə bildirilir ki, bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə müxtəlif tədbirlər keçiriləcək.

AFFA Dövlət arxivinə müraciət edərək Azərbaycan futbolunun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplayıb.

Təntənəli mərasim isə iyun ayında «Buta» Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, milli assosiasiya nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
XS
SM
MD
LG