Latın Amerikasının tanınmış yazıçılarından olan Karlos Fuentesin yeni kitabı nəşr edilib.
82 yaşlı Meksika yazıçısı "Tale və arzu" adlanan yeni romanını magik realizm üslubunda yazıb.
Əsər Meksikada narkokartellər arasında, eləcə də paralel olaraq hökumət qüvvələri ilə narkomafiya arasında gedən və minlərlə insanın ölümünə səbəb olan savaşdan bəhs edir.
Roman bir meksikalı prokurorun kəsilmiş başının "dilindən" nəql edilir. Xose Nadalı narkomafiya aradan götürüb.
Fuentes öz qəmli həyat hekayətini "anladan" baş obrazı vasitəsilə həm də Meksika cəmiyyətinin son onilliklərdə keçdiyi yola işıq tutur.
Son 5 ildə Meksikada narkotika bazarına nəzarət uğrunda gedən savaşda 35 min nəfərəcən insan həlak olub. Ölənlərin 10-dan 9-u kartellərlə bağlı şəxslərdir.
Müxtəlif hesablamalara görə kartellərin ümumi illik gəliri 45 milyard dollara qədərdir. Onların əsas bazarı ABŞ-dır.
Həmçinin oxu
Karlos Fuentes: "Yeni dövrdə faciə təkcə ədəbiyyatdan deyil, ümumiyyətlə, dünyadan qovuldu"