Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:52

Estoniya Belorusun müxalifət saytlarına yardım edə bilər


Estoniyanın Xarici İşlər naziri Belorusun müxalifət partiyalarına saytlarını kiber hücumlardan qorunmağa yardım edə biləcəyini deyib. Nazirlik həmçinin Belorus vətəndaşlarının Estoniyaya səfərlərinin sadələşdirilməsinə hazır olduğunu bildirir.

Dekabrda keçirilən prezident seçkisindən dərhal sonra müxalifət seçkinin saxtalaşdırldığını deyərək etiraz aksiyasına başlayıb. Amma hökumət qüvvələri mitinqi dağıdıb, seçkidə prezident Aleksandr Lukaşenkoya rəqib olmuş namizədlər də daxil olmaqla 600 nəfərdən çox adamı həbs edib.

Estoniyanın Xarici İşlər naziri Urmas Paet yanvarın 17-də həmçinin bildirib ki, onun hökuməti siyasi mülahizələrlə Belorusda ali təhsil almaq hüququndan məhrum edilmiş müxalifət fəallarına da Estoniya üniversitetlərində təhsil almaq imkanı yaratmağı planlaşdırır.
XS
SM
MD
LG