Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 02:54

Qubernatora sui-qəsd edilib

İraqın Ramadi şəhərinin Ənbar əyalətində qubernatora sui-qəsd edilib. Partlayış nəticəsində 3 mühafizəçi və 6 polis yaralanıb. Qubernator Qasim al-Fahadawi isə xəsarət almayıb.

İntiharçı minalanmış maşını idarə edirmiş. O özünü qubernatorun olduğu maşın karvanına vurub.

2009-cu ilin dekabr ayında da Qasim al-Fahadawinin həyatına sui-qəsd olmuşdu. 23 nəfərin öldüyü həmin hadisədə qubernator əlini itirmişdi.

Ənbar 2006-cı ildən sünni qiyamçıların ərazisi kimi tanınır.
This item is part of
XS
SM
MD
LG