Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 07:39

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olundu


Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsi və Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzinin təşəbbüsü və yaxından köməkliyi ilə 2010-cu ilin sonlarında yazıçı Eyvaz Zeynalovun “Uşaq hekayələri və nağılları” kitabı Tiflisdəki “Universal” nəşriyyatında 700 tirajla çap edilib.

Kultaz.Com-un verdiyi xəbərə görə, əsərlər uşaqlara iki dildə, Azərbaycan və gürcü dillərində təqdim olunub.

Layihənin rəhbəri və redaktoru AYB Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmətdir. Kitabdakı hekayə və nağılları gürcü dilinə AYB-nin üzvü Cambul Məmmədli tərcümə edib.

Kitabın “Hekayələr” bölməsində müəllifin uşaqlar üçün yazdığı on dörd hekayəsi, “Nağıllar” bölməsində on nağılı, “Əfsanə” bölməsində bir əfsanəsi toplanıb.
XS
SM
MD
LG