Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:57

Gəncədə bəzi kənd təsərrüfatı məhsulları 80 faizə kimi bahalaşıb


Gəncə şəhər Statistika İdarəsinin büdcə və qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyevin verdiyi məlumata görə, yanvar ayında aparılan qiymət araşdırmasından məlum olub ki, şəhərdə bəzi kənd təsərrüfatı məhsullarının qiyməti artıb.

Bazarda aparılan monitorinq zamanı məlum olub ki, ötən ayda 70 qəpiyə satılan kartof bu ay 14,34 faiz artaraq 80 qəpiyə çatıb. Ən çox artım isə bibərdə müşahidə edilib. Belə ki, dekabr ayında bir kiloqramı 1,8 manata satılan kənd təsərrüfatı məhsulu bir ay müddətində 77,8 faiz artaraq 3,2 manat olub.

Badımcanın bir kiloqramının qiyməti isə 72,2 faiz artaraq artaraq 3,1 manata çatıb. Qoyun əti 6,5 manatdan 7 manata, yumurta 16 qəpikdən 17 qəpiyə, quru çay 7,92 manatdan 7,94 manata yüksəlib.

Məlumatlar yanvarın 14-də aparılan monitorinqin nəticələridir.
XS
SM
MD
LG