Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Tunisdə milli birlik hökuməti formalaşdırılır



Bu gün Tunisdə yeni milli birlik hökuməti formalaşdırılacaq. Bu haqda baş nazir Mohammed Ghannouchi məlumat verib. Yeni hökumətin tərkibinə üç müxalifət partiyası lideri də daxil olacaq.

Bazar günü Tunisin paytaxtında Prezident Sarayının yerləşdiyi ərazidə şiddətli atışma olub. Atışma yanvarın 15-də Səudiyyə Ərəbistanına qaçmış prezident Zin el-Abidine Ben Alinin tərəfdarları ilə hərbçilər arasında olub.

Hökumətə qarşı 1 ay davam edən küçə nümayişlərindən sonra Tunisdə 23 il prezident olmuş ben Ali ölkəni tərk edib.

Tunisdə etiraz nümayişləri dekabrın ortalarında başlayıb. Nümayişlər işsizliyə, korrupsiyaya və iqtisadi çətinliklərə qarşı olub.

Nümayişlərin yatırılması zamanı onlarla adam həlak olub.
XS
SM
MD
LG