Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

BMT Nepaldakı missiyasını bağlayır


BMT-nin Nepaldakı missiyası şənbə günü başlanır.

Missiya hərbi dövrdən sonra ölkədə bərpa işlərinin gedişini izləyirdi.

Bu missiya ölkədəki maoist üsyançılarla hökumət arasında sürən uzun hərbi münaqişənin bitməsindən sonra 2007-ci ildə BMT-nin təhlükəsizlik şurası tərəfindən yaradılıb.

Bu müddət ərzində ölkədə azı 16 min adam öldürülüb.

Missiyanın bağlanması barədə qərar ötən ilin sentyabrında qəbul edilib.

BMT-nin baş katibi Ban Ki Mun bildirib ki, tərəflər ölkədəki siyasi problemlərin həllində əhəmiyyətli irəliləyişə nail olmadıqlarına görə, missiyanı saxlamağın mənası yoxdur.
XS
SM
MD
LG