Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Azərbaycan hücum, Ermənistan isə müdafiə arsenalını artırır»


Ermənistan ordusu təlimdə
Ermənistan ordusu təlimdə
«Azərbaycanın ali hakimiyyəti və hərbi rəhbərliyi Dağlıq Qarabağda hərbi əməliyyatları bərpa etməyə hazır olduqlarını bildirirlər. Azərbaycan hücum silahları - zirehli texnika, aviasiya, raket sistemlərini artırır. Ermənistan buna cavab olaraq müdafiə xarakterli silah yığır. Bu, havadan müdafiə sistemi, zenit raket kompleksləri, raket əleyhinə komplekslər, tank əleyhinə sistemlər və s.-dir».

Bunu «Qafqaz Qovşağı» verilişinə Yerevan studiyasından qoşulan Qafqaz İnstitutunun direktor müavini Sergey Minosyan deyib. O hesab edir ki, münaqişə tərəfləri bir-birinə ehtiyatla yanaşmaqda davam edir:

«Cənubi Qafqazda demoqrafik, iqtisadi tarazlıq yoxdur. Bununla belə, tərəflər arasında hərbi-texniki balans saxlanılır. Tərəflər potensialını artıraraq qarşı tərəfi ötməyə çalışırlar».

Azərbaycandan hərbi ekspert Üzeyir Cəfərov isə bildirir ki, Azərbaycan heç vaxt danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə güc yolunu seçəcəyini gizlətməyib:

Azərbaycan ordusu təlimlərdə
«Dağlıq Qarabağ münaqişəsinin həlli şimal qonşumuzdan - Rusiyadan asılıdır. Kənar təsir olmasa, bu məsələni silah gücünə həll etmək mümkündür».

Tbilisi studiyasından danışan «Arsenali» müstəqil hərbi-analitik jurnalın şərhçisi Temur Çeçenadze isə deyir ki, Gürcüstanın hərbi xərcləri qonşularından fərqli olaraq 2008-ci ildən bəri azalmaqdadır:

«Hazırda Gürcüstanın silah-sursat almasının heç bir mənası yoxdur. Bizim üçün əsas məsələ müdafiə və siyasi arenada maraqlarımızı qorumaqdır. Əsas səylər problemlərin dinc yolla həllinə yönəlib. Gürcüstan hər zaman Abxaziya, Şimali Osetiya problemlərinin dinc yolla həllini istəyib. 2008-ci il hadisəsi də abxazlar, osetinlərin əleyhinə deyildi, Gürcüstanın dövlət maraqlarının müdafiəsi idi».

XS
SM
MD
LG