Yanvarın 15-dən Azərbaycan ərazisində havanın soyuyacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, həftə sonu Bakıda və Abşeron yarımadasında hava buludlu keçəcək. Yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, axşam buludluluğun artacağı gözlənilir.
Yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Yanvarın 17-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah yağmursuz olacaq. Yanvarın 16-17-də isə havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.