Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Barroso İlham Əliyevlə nə haqda danışıb?


Joze Manuel Barrozo və İlham Əliyev, 13 yanvar 2011
Joze Manuel Barrozo və İlham Əliyev, 13 yanvar 2011
«Biz insan hüquqları məsələsinə böyük önəm veririk. İnsan hüquqları və siyasi islahatlar münasibətlərimizin mərkəzindədir».

Bu fikirləri Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso yanvarın 14-də keçirdiyi brifinqdə deyib.

Cənab Barroso deyib ki, onlar Azərbaycanın götürdüyü öhdəliklərə sahib çıxmasına inanır.

«Bu, müasir demokratiyanın təzahürüdür. Bu, həmçinin siyasi sabitliyin təminatıdır. Əlbəttə ki, biz müxalifətçi bloggerlərin azadlığa buraxılmasını dəstəkləyirik, alqışlayırıq. Bu, sərbəst toplaşma, söz və fikir azadlığının təzahürüdür. Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi öz fikrini söyləyib. Mən bu məhkəmənin mövqeyi ilə bağlı münasibətimi dostcasına, səmimi şəkildə prezident İlham Əliyevə bildirdim».

«Nabukko» layihəsi ilə bağlı suallara cavab verən Avropa Komissiyasının prezidenti bildirib ki, Avropa Birliyi, Avropa Komissiyası layihəni dəstəkləyir və bu layihəyə siyasi dəstəyini bəyan edib.

Bu layihənin həm də biznes layihəsi olduğunu deyən Joze Manuel Barrosoya görə, həmin layihənin reallaşması həm də sənayeçilərin və tranzit əməliyyatçıların verəcəyin qərarlardan da asılıdır.

«Biz bu layihəni Avropanın marağında olan layihə kimi qiymətləndirmişik. Azərbaycan prezidenti ilə yanvarın 13-də birgə bəyannamə imzaladıq və orda da Avropa İttifaqı və Azərbaycanın Cənub Dəhlizinin inkişafına önəm verdiyini, ayırdığımız o əhəmiyyəti orda qeyd etdik. Həm Cənub dəhlizi, həm də Nabukko layihəsinin reallaşması istehsalçıların və tranzit əməliyyatçılarının verəcəyi qərarlardan da asılıdır. Biz nə edə bilərik və nə ediriksə bunlar hamısı siyasi və strateji vasitəçilik xarakteri daşıyır», - deyə Avropa Komissiyasının prezidenti bildirib.

Avropa Komissiyasının prezidenti Xəzər dənizi hövzəsində Türkmənistanı çox maraq kəsb edən tərəf kimi qiymətləndirib:

«Türkmənistan Avropa bazarlarına çox ciddi həcmlərdə olan qaz sərvətlərini aça bilər. Biz də Avropa İttifaqı olaraq həm hüquqi, həm nəqliyyat kanallarının tapılmasında bu ölkəyə yardımçı ola bilərik. Mənim mesajlar bununla bağlı olacaq».

Elə bu baxımdan da Joze Manuel Barroso Türkmənistan prezident ilə görüşü böyük həvəslə gözlədiyini deyib. Avropa Komissiyasının prezidenti Azərbaycandan Türkmənistana gedəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG