Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Braziliyada təbii fəlakətdən 500-ə yaxın adam ölüb


Braziliyada daşqın və sürüşmədən ölənlərin sayı təxminən 500-ə çatıb. Dünən 480-dən çox adamın öldüyü rəsmən təsdiqlənib.

Rəsmilər bu sayın artacağını istisna etmirlər. Hazırda xilasetmə işləri davam edir.

200-dən çox adamın meyiti Rio de Janeyronun Terezopolis şəhərində tapılıb.

Bu arada Braziliyanın yeni prezidenti Dilma Rousseff fəlakət zonasına baş çəkib, dağıntıların sarsıdıcı və həddən artıq böyük olduğunu deyib.

Braziliyada baş verən daşqın və sürüşmə ölkə tarixində ən böyük təbii fəlakətlərdən biri hesab olunur.
XS
SM
MD
LG