Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 21:33

Avropa Birliyi Belarusa növbəti xəbərdarlıq edib


Avropa Parlamentinin sədri Eji Buzek və digər Avropa Birliyi rəsmiləri yenidən Belarusu prezident seçkisindən sonra həbs edilmiş bütün müxalifətçiləri təcili azad etməyə çağırıblar.

Buzek Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin iclasında bildirib ki,
Avropa Birliyi Belarusda insan haqlarının kütləvi pozulması və etiraz aksiyasının amansızcasına boğulmasına görə rəsmi Mİnskə münasibətini kəskinləşdirməlidir.

Həmçinin Almaniyanın kansleri Angela Merkel bu gün bildirib ki, Avropa Birliyi prezident

Aleksandr Lukaşenko və digər ölkə rəsmilərinə qarşı viza sanksiyalarına baxmalıdır.

"Amnesty International" təşkilatı dekabrın 19-da Belarusda keçirilmiş prezident seçkisindən sonra həbs olunmuş 31 müxalifətçidən 16-nı vicdan məhbusu elan edib.
Onlar kütləvi hərc-mərcliyin təşkilində ittiham olunurlar.
XS
SM
MD
LG