Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:36

Smolensk ətrafındakı qəzanın səbəbi barədə açıqlamaya Polşadan reaksiya gəlib


Mərhum Polşa prezidenti Lex Kaçinskinin qardaşı və müxalifətdə olan “Hüquq və Ədalət” partiyasının sədri Yaroslav Kaçinski Smolensk ətrafında baş vermiş qəzanın səbəblərini araşdıran hökumətlərarası komitənin gəldiyi qənaəti rədd edib.

Yaroslav Kaçinski komitənin qərarının tamamilə birtərəfli, əsassız dəlillərə əsaslandığını və bunun Polşanı ələ salmaq olduğunu bildirib.

Komitənin gəldiyi nəticəyə görə, təyyarə təklif olunmuş ehtiyat meydana düşməyib və buna səbəb yüksək vəzifəli məmurların heyət üzvlərinə psixoloji təzyiqi ola bilər.


Anodina deyir ki, ekspertlər təyyarədə olan hərbi hava qüvvələrinin rəhbərinin qanında alkoqol aşkar ediblər.

O, həmçinin qeyd edib ki, pilotların belə hava şəraiti üçün kifayət qədər təcrübəsi olmayıb.

Ötən il aprelin 10-da Smolensk ətrafında baş veürmiş bu qəzada prezident Lex Kaçinski də daxil olmaqla 96 nəfər öldü.
XS
SM
MD
LG