Yanvarın 12-də Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısı sazişinin əsas şərtləri imzalanıb.
Bu barədə AzadlıqRadiosuna ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Onun bildirdiyinə görə, sənəd 5 illik müddəti əhatə edir: “Bu il müqavilə ilə İrana 1 milrd kubmetr qaz ixrac ediləcək, növbəti illərdə isə qazın həcmi yenidən razılaşdırılacaq”.
N.Quliyev ixrac olunan qazın qiymətini açıqlamasa da, onun dünya bazarlarına uyğun, “Azərbaycan üçün məqbul qiymət” olduğunu dedi.
Fevralın 1-dən Azərbaycan İrana qaz ixrac etməyə başlayacaq.