Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 19:43

Küveytin baş naziri İraqa gedib

Küveytin baş naziri şeyx Nəsir Məhəmməd əl Əhməd əl Sabah Bağdada gəlib.

Bu 1990-ci ildə, Səddam Hüseyininnhakimiyyəti dövründə İraq qüvvələrinin Küveytə soxulmasından sonra Küveyt baş nazirinin İraqa ilk səfəridir.

Xatırladaq ki, həmin vaxt İraq ordusu 7 aydan sonra beynəlxalq qüvvələr tərəfindən Küveytdən çıxarıldı.

Baş nazirin Bağdada səfəri Küveytin sahil mühavizə xidməti ilə İraqın balıqçı gəmisi arasında baş vermiş toqquşmadan 2 gün sonraya təsadüf edir.
This item is part of
XS
SM
MD
LG