Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 12:28

ABŞ-ın vitse-prezidenti Pakistana gedib


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Pakistana gözlənilməz səfər edib.

O, ölkə prezidenti Asif Əli Zərdari ilə Əl Qaidə və Talibana qarşı mübarizə məsələsini müzakirə edəcək.

Pakistanın şimal-qərbində fəaliyyət göstərən yaraqlılar vaxtaşıtı Əfqanıstandakı NATO qüvvələrinə yük aparan maşın karvanına hücum edirlər.

Co Bayden Pakistana səfəri ərəfəsində bəyan edib ki, Vaşinqton beynəlxalq koalisiya qüvvələri 2014-cü ildə Əfqanıstandan çıxarıldıqdan sonra da Əfqanıstan hökumətinə yardımı davam etdirəcək.
XS
SM
MD
LG